MENYU
A B C D E F G H I
J L M N O P Q R
S T U V W X Y Z


GIRIŞ
<!--#
<A>
<ADDRESS>
<APPLET ...>
<AREA...>
<B>
<BASEFONT ... >
<BGSOUND ... >
<BIG >
<BLINK >
<BLOKQUOTE>
<BODY>
<BR>
<CAPTION>
<CENTER>
<CITE>
<CODE>
<COL>
<COLGROUP>
<COMMENT>

<DIV>
<FONT>
<FRAME>
<FRAMESET>
<HEAD>
<HTML>
<H1>
<IMG>
<INPUT>
<ISINDEX>
<LINK>
<MAP>
<MARQUEE>
<META>
<SPAN>
<STYLE>
<TABLE>
<TEXTAREA>
<TITLE>

BGSOUND


SRC.........
LOOP........


   Qeyd:
Hal-hazırda HTML səhifəsinə səs əlavə etmək üçün iki elementdən istifadə olunur . Birincisi BGSOUND , bu element yalnız Internet Explorer tərəfindən dəstəklənir . Ikincisi isə SOUND , hansını ki , NCSA Mosaic dəstəkləyir . Mosaic Microsoftun məhdut imkanlı BGSOUND elementini dəstəkləmir.
    BGSOUND teqi daha geniş imkanlara malik olub nümunə səslərdən ( .WAV yaxud .AU formatlı ) istifadə etmək imkanı verməklə yanaşı MIDI ( .MID formatlı ) fayllardan da istifadə imkanı verir .
    BGSOUND elementinin SRC və LOOP kimi atributları var .
    SRC
Səsləndiriləcək səs faylının adresi bu atributla müəyyən edilir .
   
LOOP
Bu atribut səsin neçə dəfə dövr edəcəyini tə'yin edir . Əgər n=-1 və yaxud da LOOP=INFINITE olarsa , onda səs faylı qeyri müəyyən sayda dövr edəcək .

    Nümunələr :
<BGSOUND SRC="boing.wav">
Internet Explorer boing.wav faylını yükləyən zaman bu fayl səslənəcək .
<BGSOUND SRC="boing.wav" LOOP=INFINITE>
boing.wav faylı başqa səhifə yüklənənə kimi oxumağa davam edəcək .
    NCSA Mosaic səs fayllarını səsləndirmək üçün istifadə olunan SOUND elementini dəstəkləyir . Bu element *.WAV fayllarını da oxudur .
QEYD : SOUND elementi yalnız Mosaic tərəfindən dəstəklənir . SOUND elementinin yazılışı aşağıdakı kimidir :
    <SOUND SRC="faylınadı.wav">
    Mosaicin müəllifləri ümüd etsələr də bu element HTML işçi qrup tərəfindən dəstəklənmir . HTML müəllifi səsə DELAY atributunun köməyi ilə x saniyə ləngimə də verə bilər .
    SOUND elementinin atributları aşağıdakılardır :
    LOOP=infinite və DELAY=san.
Nümunələr :
<SOUND SRC="*.wav" LOOP=infinite>
<SOUND SRC="*.wav" DELAY=10>
QEYD:Baxmayaraq ki , Mosaic BGSOUND elementini dəstəkləyəcək o , *.MID formatlı faylları səsləndirməyəcək . Bunun üçün o , xarici teqdən istifadə edəcək . Baxmayaraq ki , o , *.WAV formatlı faylları BGSOUND elementinin köməyi ilə səsləndirəcək . Netscape dokumentdə səsləri <EMBED> teqinin köməyilə səsləndirir .