MENYU
GIRIŞ
<!--#
<A>
<ADDRESS>
<APPLET
...>
<AREA...>
<B>
<BASEFONT
... > <BGSOUND
... > <BIG
> <BLINK
> <BLOKQUOTE> <BODY> <BR> <CAPTION> <CENTER> <CITE> <CODE> <COL> <COLGROUP> <COMMENT> <DIV> <FONT> <FRAME> <FRAMESET> <HEAD> <HTML> <H1> <IMG> <INPUT> <ISINDEX> <LINK> <MAP> <MARQUEE> <META> <SPAN> <STYLE> <TABLE> <TEXTAREA> <TITLE>
<FRAMESET>
ROWS...
COLS.........
FRAMEBORDER.......
Standart
pəncərəli dokumentlərdə BODY teqi işlənmir və eyni zamanda BODY - nin daxilində
işlədilə bilən heç bir teq FRAMESET -in daxilində işlədilə bilməz . FRAMESET
teqinin bağlanan </FRAMESET> teqi də var . ROWS ="sətrin_hündürlüyü_qiyməti_siyahısı"
ROWS atributunun qiymətləri bir-birindən vergüllə ayrılır . Bu qiymətlər ya
piksellərlə, ya faizlə ( 1 və 100 arasında qiymət alır ) , ya da ki , müqayisəli
miqyas qiymətləri ilə verilir . Sətirlərin sayı siyahıdakı elementlərin sayı ilə
müəyyən edilir . Qiymətlər siyahısının təhlili
. Qiymət Piksellərlə ifadə olunması qəbul edilmiş
sadə ədəd . Sətirlərə bu tip qiymətlər vermək "təhlükəlidir" , çünki
istifadəçilərin monitorları təmamilə müxtəlif ölçülü olur . əgər bu tip qiymət
vermədən istifadə olunarsa , onda sətirlərin bir qisminin qiymətini dəqiq yerdə
qalan sətirlərin qiymətini isə nisbi vermək vacibdir . Məsələn : 3
sətirli pəncərə nümunəsi : <FRAMESET
ROWS="100,*,100"> Burada 1-ci və 3-cü sətir 100 piksellik , 2 -ci
sətir isə monitorda boş qalan yerin piksellərlə qiymətini alacaq
. Qiymət % Bu 1 ilə 100
arasında qiymətlər alan , faizlə ifadə olunan rəqəmdir . <FRAMESET
ROWS="20%,60%,20%"> 1-ci və sonuncu sətir istifadəçinin ekranında
20%-lik yer tutur . Orta sətir isə ekranın 60%-ni tutur .
Qiymət * Bu sahənin qiyməti istifadəçi
tərəfindən müəyyən edilir . ' * ' simvolu müqayisəli-ölçü pəncərəsidir və
pəncərəyə yerdə qalan bütün boş yeri vermək kimi şərh olunur . əgər ' * '
simvolunun qarşısında rəqəm varsa , onda həmin pəncərə istifadəçinin manitorunda
o rəqəm qədər çox yer tutar . " 2*,* " cür yazılış onu göstərir ki , 1-ci
pəncərəyə manitorun 2/3-nü , 2-ci pəncərə isə 1/3-nü tutacaq
. COLS =sütunun_eni__siyahısı COLS atributu öz
qiyməti kimi bir-birindən vergüllə ayrılmış qiymətlər cədvəlini alır . Bu
qiymətlər cədvəlinin izahı da ROWS atributuna verilən qiymətlər cədvəlinin
izahıyla eynidir . FRAMESET teqi başqa bir FRAMESET teqinin daxilində
işlənə bilər . Bu halda FRAME teqinin SRC atributuna alt pəncərənin adını
verirlər . FRAMEBORDER Netscape bu atributun istifadəsi
imkanını verir . Bu atribut Netscape -də bütövlükdə sərhəddi müəyyən etmək üçün
işlədilir və "yes" yaxud da "no" qiymətləri alır . Internet Explorer isə bu
atributu yalnız <FRAME> teqi daxilinda dəstəkləyir
.