<FRAMESET>


ROWS...
COLS.........
FRAMEBORDER.......

    Standart pəncərəli dokumentlərdə BODY teqi işlənmir və eyni zamanda BODY - nin daxilində işlədilə bilən heç bir teq FRAMESET -in daxilində işlədilə bilməz . FRAMESET teqinin bağlanan </FRAMESET> teqi də var .

   ROWS="sətrin_hündürlüyü_qiyməti_siyahısı"
   ROWS atributunun qiymətləri bir-birindən vergüllə ayrılır . Bu qiymətlər ya piksellərlə, ya faizlə ( 1 və 100 arasında qiymət alır ) , ya da ki , müqayisəli miqyas qiymətləri ilə verilir . Sətirlərin sayı siyahıdakı elementlərin sayı ilə müəyyən edilir .

Qiymətlər siyahısının təhlili .

   Qiymət
Piksellərlə ifadə olunması qəbul edilmiş sadə ədəd . Sətirlərə bu tip qiymətlər vermək "təhlükəlidir" , çünki istifadəçilərin monitorları təmamilə müxtəlif ölçülü olur . əgər bu tip qiymət vermədən istifadə olunarsa , onda sətirlərin bir qisminin qiymətini dəqiq yerdə qalan sətirlərin qiymətini isə nisbi vermək vacibdir .

Məsələn : 3 sətirli pəncərə nümunəsi :

<FRAMESET ROWS="100,*,100">

Burada 1-ci və 3-cü sətir 100 piksellik , 2 -ci sətir isə monitorda boş qalan yerin piksellərlə qiymətini alacaq .

   Qiymət %
Bu 1 ilə 100 arasında qiymətlər alan , faizlə ifadə olunan rəqəmdir .

<FRAMESET ROWS="20%,60%,20%">

1-ci və sonuncu sətir istifadəçinin ekranında 20%-lik yer tutur . Orta sətir isə ekranın 60%-ni tutur .

   Qiymət *
Bu sahənin qiyməti istifadəçi tərəfindən müəyyən edilir . ' * ' simvolu müqayisəli-ölçü pəncərəsidir və pəncərəyə yerdə qalan bütün boş yeri vermək kimi şərh olunur . əgər ' * ' simvolunun qarşısında rəqəm varsa , onda həmin pəncərə istifadəçinin manitorunda o rəqəm qədər çox yer tutar . " 2*,* " cür yazılış onu göstərir ki , 1-ci pəncərəyə manitorun 2/3-nü , 2-ci pəncərə isə 1/3-nü tutacaq .

  
COLS=sütunun_eni__siyahısı
COLS atributu öz qiyməti kimi bir-birindən vergüllə ayrılmış qiymətlər cədvəlini alır . Bu qiymətlər cədvəlinin izahı da ROWS atributuna verilən qiymətlər cədvəlinin izahıyla eynidir .

FRAMESET teqi başqa bir FRAMESET teqinin daxilində işlənə bilər . Bu halda FRAME teqinin SRC atributuna alt pəncərənin adını verirlər .

  
FRAMEBORDER
Netscape bu atributun istifadəsi imkanını verir . Bu atribut Netscape -də bütövlükdə sərhəddi müəyyən etmək üçün işlədilir və "yes" yaxud da "no" qiymətləri alır . Internet Explorer isə bu atributu yalnız <FRAME> teqi daxilinda dəstəkləyir .