Make your own free website on Tripod.com

<H1> ... </H1> Başlıqlar


    HTML-də başlıqların altı səviyyəsi var . Başlıq elementi bütün şrift , başlıqdan əvvəl və sonra paraqraf və ağ boşluq qoymaq dəyişikliklərini dəstəkləyir .

    Başlıqların ən yüksək səviyyəsi <H1> , daha sonra <H2> ... <H6> - dır .

    Nümunə :

    <H1>Bu 1-ci dərəcəli başlıqdır</H1>
    Burada hər-hansı bir mətn var
    <H2>Bu 2-ci dərəcəli başlıqdır</H2>
    Burada hər-hansı bir mətn var .

    HTML 3.2-dən başlayaraq başlıların istifadəçi ekranının müxtəlif yerlərində yerləşdirmək imkanı daxil edilib .

    ALIGN=left | center | right atributu <H1> ... <H6> elementlərininin daxilinə əlavə edilib .

    Nümunə : <H1 ALIGN=center>Bu başlıqdır</H1>

    Bu cür yazılış 1-ci səviyyəli başlığı istifadəçi ekranının mərkəzində yerləşdirəcək .

    Başlıqlara Stil Cədvəllərini tətbiq etmək məqsədilə <Hx>-in daxilində CLASS , IDSTYLE atributlarını da işlətmək mümkündür .