<HEAD> ... </HEAD>


    HTML sənədinin başlığı sənəd haqqında nizamsız imformasiyanın toplusudur . O <HEAD> və </HEAD> elementləri daxilində Title elementinin işlənməsini tələb edir :

   <HEAD>
   <TITLE> HTML sənədi </TITLE>
   </HEAD>

    <HEAD> və </HEAD> elementləri HTML sənədinin xarici görünüşünə düzünə olaraq təsir etmir .
Aşağıdakı elementlərin <HEAD> elementi ilə əlaqəsi var . Onlar brauzeri vacib informasiya ilə təmin etmək üçün işlədilə bilərlər .

   <BASE> - HTML sənədinin əsas adresinin müəyyən edilməsi üçün işlədilir
   <ISINDEX> - Açar sözün axtarışı imkanını daxil edir
   <LINK> - Sənədlər arasında əlaqəni göstərir
   <NEXTID> - Sənəd daxili yeganə olan identifikator yaradır
    <TITLE> - Sənədin başlığını təyin edir
   <META> - Server/Klient əlaqələri üçün vacib olan məlumatı daxil edir
   <STYLE> - StyleSheet-lərdən istifadə etmək üçündür .

   QEYD: Burada adı çəkilən TITLE elementi HTML sənədinin başlığı kimi işlədilir və onun iştirakı zəruridir .