<IMG...>


ALIGN...
ALT.........
ISMAP.......
SRC.......
NAME........
WIDTH..........
HEIGHT........

    Image elementi HTML sənədinə şəkil əlavə etmək üçün istifadə edilir . Bu elementin aşağıdakı atributları var :

   ALIGN

<IMG ALIGN=left|right|top|texttop|middle|absmiddle|bottom|absbottom>

ALIGN=left olduqda şəkil brauzerin solunda mətn isə şəkilin sağ tərəfində yerləşəcək .
ALIGN=right olduqda şəkil brauzerin sağ mətn isə şəkilin solunda yerləşəcək .
ALIGN=top olduqda şəkil brauzerin ən hündür sətrinin yuxarısında yerləşəcək .
ALIGN=texttop olduqda şəkil ən yuxarıdakı mətnin yuxarısında yerləşir .(Bu çox vaxt ALIGN=top ilə eyni olur)
ALIGN=middle olduqda şəkil cari sətrin ortasında yerləşir .
ALIGN=absmiddle şəklin ortasını cari sətrin mərkəzində yerləşdirir .
ALIGN=bottom olduqda şəkilin aşağısı cari sətrin üzərində olacaq .
ALIGN=absbottom olduqda şəkilin aşağısı cari sətrin aşağısında olacaq .

  
ALT
Bu atributun qiyməti istifadəçi tərəfindən müəyyən olunur və şəkilə köməkçi mətn vermək üçün istifadə olunur . Haqqında söhbət etdiyimiz mətn istifadəçi mausu şəkilin üzərində saxladıqda görünür .

   Nümunə :
<IMG SRC="şəkil.gif" ALT="Xəbərdarlıq">

  
ISMAP
ISMAP atributu şəkilin müxtəlif hissələrinə klik edilməklə müxtəlif məlumatlar əldə etmək imkanı verir .

Nümunə :
<A HREF="http://machine/htbin/imagemap/sample">
<IMG SRC="nümunə.gif" ISMAP></A>

   Qeyd:Şəkillərə verilən bu imkandan HTML dokumentlərində istifadə edə bilməniz üçün server kompyuterində düzgün cgi-bin proqram tə'minatı olmalıdır .

  
SRC
   SRC atributunun qiyməti istifadə olunacaq şəkilin adresidir . Onun sintaksı <A> elementinin atributu olan HREF ilə eynidir . Bu atributun istifadəsi zəruridir .
   <IMG SRC="şəkil.gif" >

  
NAME
Bu atribut vasitəsilə şəklə müraciət etmək mümkündür . Şəklə müraciət bə'zi effektlərə nail olmaq üçün istifadə edilir . Aşağıdakı nümunəyə baxaq :

< A href="index_az.htm" OnMouseOver="img.src='az_on.jpg'" OnMouseOut="img.src='az.jpg'"> < img Border=0 src="az.jpg" name="img" ></A>

Mausun göstəricisini az.jpg adlı şəkil faylının üzərinə gətirdikdə az.jpg şəkli az_on.jpg-ə çevrilir . Bu nümunədə OnMouseOver və OnMouseOut hadisələrindən istifadə olunub . 1-ci hadisə mausun göstəricisi şəklin üzərində olduqda , 2-cisi isə şəklin üzərindən kənara çəkildikdə baş verir .

   <IMG
WIDTH="value" HEIGHT="value" >

   əgər WIDTH və HEIGHT atributları işlənərsə , onda sənədi əks etdirəcək brauzer sənəddəki şəklin yüklənməsini gözləməyərək onun əks olunacağı boş yerin kənarlarında mətni yükləyəcək . Bununlada brauzer şəkildən əvvəl mətni yükləyir .