<INPUT>


NAME.........
SIZE.......
TYPE :   -CHECKBOX; -HIDDEN; -IMAGE;
                   -PASSWORD; -RADIO; -RESET;
                   -SUMBIT; -TEXT; -TEXTAREA;
VALUE

    Input elementi tərkibi istifadəçi tərəfindən dəyişdirilə bilən sahələri yaratmaq üçün işlədilir .
Input elementinin aşağıdakı atributları var :

    ALIGN
   Istifadəçinin brauzerində şəkilin mövqeyini təyin edir . Yalnız Type=IMAGE olduqda işlədilir . Bu atributun mümkün qiymətləri IMG elementinin ALIGN atributunun qiymətləri ilə eynidir .

    CHECKED
   Checkbox yaxud da radio buttonun seçilmiş olduğunu göstərir . Checkbox yaxud radio button seçilməmiş olduqda onların name/value cütü forma submit olunduqda qaytarılmır .

   MAXLENGTH
   Mətn sahəsinə daxil edilə biləcək simvolların maksimum sayını təyin edir . Bu atributun qiyməti SIZE atributunun qiymətindən böyük ola bilər . Yalnız o halda mətn sahəsi yuxarı-aşağı yaxud da sağa-sola tərpənir . Susmaya görə bu atributun qiyməti limitsiz olur .

   NAME
   Formanın daxilindəki məlumatı göndərərkən yaxud da ondan istifadə edərkən bu atributdan istifadə olunur . NAME atributu input tiplərinin çoxu üçün tələb olunur və adətən sahələrə forma daxili yeganə olan identifikator vermək üçün işlədilir .

  
SIZE
    Sahənin tipinə uyğun olaraq onun dəqiqlik ölçüsünü müəyyən edir .
Məsələn : 24 simvollu mətn sahəni aşağıdakı kimi təyin etmək olar :
INPUT TYPE=text SIZE="24"

  
TYPE
   Sahənin qəbul edəcəyi verilənlərin tipini müəyyən edir .TYPE atributu vasitəsilə aşağıdakı sahə tipləri müəyyən olunur .

   CHECKBOX : Brauzer bu tipin sahəsini balaca kvadrat formasında əks etdirir .(Hansını ki , biz şərti olaraq balaca bayraq adlandıracağıq) Balaca bayraq ya "qoşulu" olur(yəni kvadratın içində işarə olur) , ya da qoşulmamış olur (kvadratın içi boş olur) . əgər istifadəçi bu balaca bayrağı qoşulmuş qoyaraq doldurulmuş formanı göndərərsə , onda CGI proqramına checkbox-un VALUE atributuna uyğun dəyişən ötürüləcək . Susmaya görə bu atribut "ON" qiyməti alır . Məsələn , əgər forma daxilində aşağıdakılar yazılı olsa ,

<INPUT TYPE=CHECKBOX NAME=MYCHECKBOX>

onda CGI proqramına ümumi məlumat axını ilə birlikdə MYCHECKBOX=ON dəyişəni ötürüləcək . əgər balaca bayraq qoşulmamış olarsa , onda CGI proqramına heç bir dəyişən ötürülməyəcək . Balaca bayrağın ilkin qiymətini təyin etmək üçün CHECKED atributundan istifadə olunur . Bununla da əgər bu atribut yoxdursa , onda susmaya görə istifadəçinin ekranında kvadratın içi boş olacaq .

   HIDDEN : Sahənin özü istifadəçiyə təqdim olunmur . Amma həmin sahənin daxilindəki məlumat forma ilə birlikdə göndərilir . Bu atribut vasitəsilə klien/server əlaqələri haqqında vacib məlumat göndərilə bilər .

   IMAGE : Image sahəsinin üzərinə istifadəçi klik etməklə formadakı məlumatları göndərə bilər . Seçilmiş nöqtənin koordinatları şəkilin yuxarı-sol küncündən başlayaraq piksellərlə hesablanır . Bu koordinatlar name atributu vasitəsilə göndərilir . Şəkilin özü isə SRC atributu vasitəsilə təyin olunur.

   PASSWORD : Mətn sahələrinin başqa bir növü də PASSWORD-dür . Bu tip mətn sahələrini brauzer sadə mətn sahələri kimi əks etdirir , yalnız bu sahələrə daxil edilmiş yazı brauzer tərəfindən fərqli əks olunur . Bu sahəyə daxil edilmiş istənilən simvol brauzer tərəfindən ulduz kimi əks olunur .

   RADIO : Bu tip sahələrin qoşulmuş yaxud da qoşulmamış vəziyyətdə ola bilməsi baxımından Radio tipli sahələr Checkbox tipli sahələri xatırladır . əgər bu tipli bir neçə sahə varsa , onda onlardan yalnız biri qoşula bilər . Bu tip sahələrin VALUE atributu CGI proqramına ötürüləcək qiyməti müəyyən edir . CHECKED atributu isə Radio Button-un ilkin vəziyyətini təyin edir . Nümunə :

<INPUT TYPE=RADIO NAME=CINS VALUE=KIŞI>KIŞI
<INPUT TYPE=RADIO NAME=CINS VALUE=QADİN CHECKED>QADİN

Bu nümunədə istifadəçiyə iki Radio Button verilib . Ilkin olaraq ikinci Radio Button qoşulu vəziyyətdədir ,çünki CHECKED atributu məhz ikinci sətrdədir . əgər istifadəçi KIŞI yazılı olan Radio Button-a klik edərsə , onda CGI proqramına CINS=KIŞI adlı dəyişən ötürüləcək . əks halda CGI proqramına CINS=QADİN dəyişəni ötürüləcək .

   RESET : Bu sahə istifadəçi tərəfindən doldurulmuş formanı ilkin vəziyyətinə gətirmək üçün istifadə olunur . VALUE atributu vasitəsilə ResetButton-ın üzərindəki yazını dəyişdirmək olar .

   SUBMIT : Bu sahə doldurulmuş formanın serverə göndərilməsi haqqında brauzerə göstəriş vermək üçündür . Submit-in sahəsinə ad vermək olar . əgər bunu etsək , onda Value atributu ilə verilmiş qiymət ümumi informasiya axını daxilində serverə ötürüləcək . əgər Name atributu verilməzsə , onda Value atributundakı qiymət yalnız SubmitButton-ın üzərində bir yazı kimi istifadəçinin ekranında əks olunacaq və ümumi informasiya axını daxilində serverə ötürülməyəcək. Məsələn : <INPUT TYPE=SUBMIT> Bu cür yazılış istifadəçinin ekranında Submit adlı sahə yaradacaq və ona klik edildikdə formadakı informasiya brauzerə ötürüləcək . <INPUT TYPE=SUBMIT NAME=BUTTON1 VALUE=Göndər> cür yazılış isə istifadəçi ekranına Göndər adlı SubmitButton çıxaracaq və ona klik edildikdə yalnız formadakı verilənlər deyil BUTTON1=Göndər adlı dəyişən də ümumi informasiya axını daxilində göndəriləcək .

   TEXT: Istifadəçinin ekranına sadə birsətirli mətn sahəsi əlavə etmək üçün işlədilir . Bu sahəni SIZE və MAXLENGTH atributları ilə birlikdə işlədin .

   TEXTAREA: Istifadəçinin ekranına çoxsətirli mətn sahəsi əlavə etmək üçün işlədilir . SIZE və MAXLENGTH atributları ilə birlikdə işlədin.

  
VALUE:əgər əks olunacaq sahədə mətn yaxud da rəqəm əks olunursa , onda Value atributu bu sahələrin ilkin qiyməti olacaq . Yaxud da bu atribut vasitəsilə sahəyə elə qiymət verilir ki , həmin sahə seçildikdə bu atributun qiyməti geri qaytarılır (Boolean tipli qiymət). Bu atribut radio button üçün tələb olunur .