<ISINDEX...>


    HTML sənədinin daxilində işlənən ISINDEX elementi brauzerə bu sənədin indekslənmiş olduğunu deyir . Bununla da istifadəçi açar sözlər vasitəsilə sənədi sorğulaya bilər .
    Səhifənin adresinin sonuna sual işarəsi və sualdan sonra açar sözü qoymaqla səhifə həmin açar söz vasitəsi ilə istifadəçi tərəfindən sorğulana bilər . Açar sözlərin sayı birdən çox ola bilər . Onları bir-birindən üstəgəl ('+') simvolu ilə ayırmaq lazımdır .

    QEYD : Adətən ISINDEX elementi server tərəfindən avtomatik olaraq yaradılır . əgər bu element HTML sənədinə əllə daxil olunarsa , onda bu o deməkdir ki , HTML sənədinin özü açar sözlərin işlənməsini öz öhtəliyinə götürür və server bu sənədi sorğulaya bilər . ISINDEX elementindən istifadə etmək üçün zəruri şərtlərdən biri də ondan ibarətdir ki , serverdə ISINDEX elementini dəstəkləsin .