<TITLE> ... </TITLE>


    Hər bir HTML sənədinin başlığı olamalıdır . Başlıq sətir tipli olur və adətən səhifənin daxilindəki mətnə uyğun olur . Nəzərə almaq lazımdır ki , bu başlıq açılmış səhifələrin siyahısında da işlənə bilər . Səhifənin başlığı onun yuxarı hissəsində olur və hər bir sənədin yalnız bir başlığı olur .

    QEYD : Başlıqların uzunluğunda heç bir məhdudiyyət olmur . Amma başlıq həddindən çox uzun olduğu halda onun son hərifləri kəsilə bilər . Bunun baş vermə ehtimalını minimallaşdırmaq üçün başlıq yığcam olmalıdır . Onu da qeyd etmək lazımdır ki , başlığın yığcam olması onun anlaşıla bilən olmasına mane olmamalıdır .

    Bu element yeganə elementdir ki , onu HEAD elementi daxilində işlətmək zəruridir . Başqa elementləri istifadəçi istədiyi zaman işlədə bilər .

    <HEAD>
    <TITLE> Hipertekstin nişanlama dili</TITLE>
    </HEAD>