MENYU
GIRIŞ
<!--#
<A>
<ADDRESS>
<APPLET
...>
<AREA...>
<B>
<BASEFONT
... > <BGSOUND
... > <BIG
> <BLINK
> <BLOKQUOTE> <BODY> <BR> <CAPTION> <CENTER> <CITE> <CODE> <COL> <COLGROUP> <COMMENT> <DIV> <FONT> <FRAME> <FRAMESET> <HEAD> <HTML> <H1> <IMG> <INPUT> <ISINDEX> <LINK> <MAP> <MARQUEE> <META> <SPAN> <STYLE> <TABLE> <TEXTAREA> <TITLE>
|
<IMG...>
ALIGN...
ALT.........
ISMAP.......
SRC.......
NAME........
WIDTH..........
HEIGHT........
Image
elementi HTML sənədinə şəkil əlavə etmək üçün istifadə edilir . Bu elementin
aşağıdakı atributları var :
ALIGN
<IMG ALIGN=left|right|top|texttop|middle|absmiddle|bottom|absbottom>
ALIGN=left
olduqda şəkil brauzerin solunda mətn isə şəkilin sağ tərəfində yerləşəcək
. ALIGN=right olduqda şəkil brauzerin sağ mətn isə şəkilin solunda yerləşəcək
. ALIGN=top olduqda şəkil brauzerin ən hündür sətrinin yuxarısında yerləşəcək
. ALIGN=texttop olduqda şəkil ən yuxarıdakı mətnin yuxarısında yerləşir .(Bu
çox vaxt ALIGN=top ilə eyni olur) ALIGN=middle olduqda şəkil cari sətrin
ortasında yerləşir . ALIGN=absmiddle şəklin ortasını cari sətrin mərkəzində
yerləşdirir . ALIGN=bottom olduqda şəkilin aşağısı cari sətrin üzərində
olacaq . ALIGN=absbottom olduqda şəkilin aşağısı cari sətrin aşağısında
olacaq .
ALT Bu atributun qiyməti istifadəçi tərəfindən
müəyyən olunur və şəkilə köməkçi mətn vermək üçün istifadə olunur . Haqqında
söhbət etdiyimiz mətn istifadəçi mausu şəkilin üzərində saxladıqda görünür
.
Nümunə : <IMG SRC="şəkil.gif"
ALT="Xəbərdarlıq">
ISMAP ISMAP atributu şəkilin müxtəlif hissələrinə
klik edilməklə müxtəlif məlumatlar əldə etmək imkanı verir .
Nümunə :
<A HREF="http://machine/htbin/imagemap/sample"> <IMG
SRC="nümunə.gif" ISMAP></A>
Qeyd:Şəkillərə verilən bu imkandan HTML
dokumentlərində istifadə edə bilməniz üçün server kompyuterində düzgün cgi-bin
proqram tə'minatı olmalıdır .
SRC SRC atributunun qiyməti istifadə
olunacaq şəkilin adresidir . Onun sintaksı <A> elementinin atributu olan
HREF ilə eynidir . Bu atributun istifadəsi zəruridir . <IMG
SRC="şəkil.gif" >
NAME Bu atribut vasitəsilə şəklə müraciət etmək
mümkündür . Şəklə müraciət bə'zi effektlərə nail olmaq üçün istifadə edilir .
Aşağıdakı nümunəyə baxaq :
< A href="index_az.htm"
OnMouseOver="img.src='az_on.jpg'" OnMouseOut="img.src='az.jpg'"> < img
Border=0 src="az.jpg" name="img" ></A>
Mausun göstəricisini
az.jpg adlı şəkil faylının üzərinə gətirdikdə az.jpg şəkli az_on.jpg-ə çevrilir
. Bu nümunədə OnMouseOver və OnMouseOut hadisələrindən istifadə olunub . 1-ci
hadisə mausun göstəricisi şəklin üzərində olduqda , 2-cisi isə şəklin üzərindən
kənara çəkildikdə baş verir .
<IMG WIDTH="value" HEIGHT="value" >
əgər WIDTH
və HEIGHT atributları işlənərsə , onda sənədi əks etdirəcək brauzer sənəddəki
şəklin yüklənməsini gözləməyərək onun əks olunacağı boş yerin kənarlarında mətni
yükləyəcək . Bununlada brauzer şəkildən əvvəl mətni yükləyir .
|