MENYU
A B C D E F G H I
J L M N O P Q R
S T U V W X Y Z


GIRIŞ
<!--#
<A>
<ADDRESS>
<APPLET ...>
<AREA...>
<B>
<BASEFONT ... >
<BGSOUND ... >
<BIG >
<BLINK >
<BLOKQUOTE>
<BODY>
<BR>
<CAPTION>
<CENTER>
<CITE>
<CODE>
<COL>
<COLGROUP>
<COMMENT>

<DIV>
<FONT>
<FRAME>
<FRAMESET>
<HEAD>
<HTML>
<H1>
<IMG>
<INPUT>
<ISINDEX>
<LINK>
<MAP>
<MARQUEE>
<META>
<SPAN>
<STYLE>
<TABLE>
<TEXTAREA>
<TITLE>

Stil Cədvəlləri


   QEYD: Stil cədvəlləri haqqında burada sizə təqdim olunacaq məlumatı qısa məcmuu da hesab etmək olar . Daha geniş (və hətda yeni) məlumat almaq üçün siz Stil Cədvəlləri resurs səhifəsinə (http://www.w3.org/pub/www/Style) müraciət edə bilərsiniz . Bundan əlavə Microsoft "Stil Cədvəlləri haqqında" Microsoft-un Web səhifəsində (http://www.microsoft.com/workshop/") istifadəçilər üçün geniş məlumat təqdim edir .

    Stil Cədvəlləri HTML müəllifinə təqdimat izahatını məzmundan ayırmaq imkanı verir . Ilkin olaraq HTML məzmun yönümlü bir dil kimi dizayn edilmişdir və bir sıra mətn formatları , atributların daxil edilməsi əsas məsələdən uzaqlaşmağa xidmət edib . Internet Explorer 3.0 - dan başlayaraq Stil Cədvəllərini dəstəklənir .

Stil Cədvəlləri ilkin olaraq müəyyən olunur və daha sonra müəyyən olunmuş Stil Cədvəllərinə müraciət etməklə mətn hissələrinə tətbiq olunur .
    Stil Cədvəllərinin ən sadə forması aşağıdakı kimi ola bilər .
    P { color : #800000}

    Bu cür yazılış müəyyən bir mətn hissəsinin tünd qırmızı rəngdə əks olunması ilə nəticələnəcək .

Stil Cədvəllərinin sənədə tətbiq olunması
Stil Cədvəlləri sənədə və onun elementlərinə 4 yolla tətbiq oluna bilər :
   Xarici Stil Cədvəlinə müraciət etmək üçün <LINK> atributundan istifadə etməklə
   <HEAD> elementi daxilində <Style> elementindən istifadə etməklə
   @ import mexanizmindən istifadə etməklə (Yuxarıdakı <LINK> metoduna uyğundur və xarici stil cədvəllərini import etmək üçün işlədilir)
   <BODY> elementi daxilində <STYLE> elementindən istifadə etməklə

Yuxarıdakı 4 - cü şərt izahatla məzmunu qarışdırdığına görə ondan istifadə etmək məsləhət görülmür .

<H1 STYLE="color : #FF0000">Heading 1</H1>

Stil elan etmək üçün müxtəlif metodlar mövcuddur və onların hamısı müxtəlif metodlardan istifadə edir :

CLASS
CLASS atributu HTML 3.0 da təqdim olunub . HTML sənədindəki <BODY> elementinin daxilində işlədilə bilən hər bir element CLASS atributu vasitəsilə çağrıla bilər .
Stil Cəvəlləri haqqında aşağıdakı nümunəyə baxaq :

P.qırmızımətn { color : #FF0000}

Beləliklə aşağıdakı yazılış

<P CLASS="qırmızımətn">mətn</P>

istifadəçinin ekranında qırmızı rəngdə yazılmış "mətn" sözünü çıxaracaq . əgər siz stil cədvəlini hər-hansı bir konkret elementə bağlamaq istəmirsinizsə , onda siz yuxarıdakı yazılışı aşağıdakı kimi yaza bilərsiniz :

.qırmızımətn { color : #FF0000 }

Bu halda CLASS="qırmızımətn" yazılışından istifadə edən istənilən element qırmızı rəngdə olacaq .

   ID
   Bu atributla CLASS atributunun fərqi ondan ibarətdir ki , ID atributunun qiyməti mütləq bütün səhifə boyu yeganə identifikator olmalıdır . O , yalnız # simvolu vasitəsilə adreslənmiş identifikatorları çağırır .
   Nümunə :
    #qırmızımətn { color : #FF0000}

    <P ID="qırmızımətn">hər-hansı mətn</P>
   "hər-hansı mətn" istifadəçinin ekranında qırmızı rəngdə görünəcək .