MENYU
A B C D E F G H I
J L M N O P Q R
S T U V W X Y Z


GIRIŞ
<!--#
<A>
<ADDRESS>
<APPLET ...>
<AREA...>
<B>
<BASEFONT ... >
<BGSOUND ... >
<BIG >
<BLINK >
<BLOKQUOTE>
<BODY>
<BR>
<CAPTION>
<CENTER>
<CITE>
<CODE>
<COL>
<COLGROUP>
<COMMENT>

<DIV>
<FONT>
<FRAME>
<FRAMESET>
<HEAD>
<HTML>
<H1>
<IMG>
<INPUT>
<ISINDEX>
<LINK>
<MAP>
<MARQUEE>
<META>
<SPAN>
<STYLE>
<TABLE>
<TEXTAREA>
<TITLE>

<FRAME>


SRC...
NAME.........
SCROLLING.......
NORESIZE.........
BORDERCOLOR........

    Bu teq pəncərələr sistemində bir pəncərəni təyin etmək üçün işlədilir . FRAME teqinin 6 mümkün atributu var . Onlar aşağıdakılardır : SRC, NAME, MARGINWIDTH, MARGINHEIGHT, SCROLLING, and NORESIZE . Bu teqin bağlanan teqi yoxdur .
   SRC="url"
SRC atributu öz qiyməti kimi müəyyən olunmuş pəncərədə əks olunacaq sənədin URL-ni saxlayır . Bu atributu təyin olunmamış pəncərə boş pəncərə kimi görünəcək .
   NAME="pəncərənin adı"
NAME atributu pəncərəyə ad qoymaq üçün işlədilir . Bu ad vasitəsilə başqa pəncərələrdəki linklərdən lazımi pəncərəyə müraciət etmək olar . NAME atributu istifadəçi tərəfindən təyin olunduğuna üçün susmaya görə bütün pəncərələr adsız olur .    Pəncərə adları mətn simvolu ilə başlamalıdır . Bununla belə bəzi pəncərə adları əvvəlcədən təyin olunub və brauzerlər tərəfindən xüsusi mənası ilə dəstəklənir . Bu əvvəlcədən təyin olunmuş pəncərə adları aşağıdan çəkilmiş xətlə başlayır .
   Onlar aşağıdakılardır :
   _blank    Bu linki həmişə yeni adsız pəncərəyə yüklə .
   _self       Bu linki həmişə linkin özünün yerləşdiyi pəncərədə aç .
  _parent    Bu linki həmişə linkin özünün yerləşdiyi pəncərənin sələfinin üzərində aç .
                  ( əgər sələf yoxdursa özünün yerləşdiyi pəncərədə açır ) .
  _top        Bu linki həmişə yuxarı səviyyədə aç .
                 ( əgər yuxarıdadırsa özünün yerləşdiyi pəncərədə açır )
    Qeyd: Baxmayaraq ki , bu adlar <FRAME> elementinin NAME atributunun əvvəlcədən tə'yin olunmuş adlarıdır onlar yalnız <A> elementi vasitəsilə çağırıla bilər .
    SCROLLING="yes|no|auto"
SCROLLING atributu pəncərənin aşağı-yuxarı , sağa-sola tərpədilmə imkanının olub olmayacağını təyin edir . əgər SCROLLING=Yes olarsa , onda istifadəçiyə bu imkan verilir , SCROLLING=No olduqda isə verilmir . SCROLLING=Auto olduqda isə bu imkanın lazım olub olmaması brauzerin öhtəliyinə verilir . Susmaya görə SCROLLING=Auto götürülür .
    NORESIZE
NORESIZE atributunun qiyməti yoxdur . Bu atribut pəncərənin istifadəçi tərəfindən tərpədilə bilib bilinməyəcəyini göstərir . Istifadəçi mausun ilə pəncərənin künnündən tutaraq onun ölçülərini dəyişdirə bilir . Nəzərə almaq lazımdır ki , əgər pəncərə ekranının küncünə yaxındırsa , onda bu pəncərənin ölçüləri dəyişməyəcək . Bu başqa pəncərələrin ölçüsünə təsir edəcək . Susmaya görə bütün pəncərələr ölçüsü dəyişilə bilən qəbul edilir .

    BORDERCOLOR
Netscape üçün xas olan bu atribut konkret olaraq hər-hansı bir pəncərənin sərhəddinə rəng vermək üçün istifadə edilir . Bu atribut <FRAMESET> teqi daxilində də işlədilə bilər . Bu halda bütövlükdə istifadəçinin brauzerində əks olunacaq pəncərənin sərhəddinə rəng verilir .